Dabo ilə Mustivar İtaliyada

Türkiyədə yeni mövsümün hazırlığını davam etdirən "Neftçi"nin iki üzvü - Baqali Dabo və Soni Mustivar müvəqqəti olaraq komandanın düşərgəsini tərk edib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hər iki legioner müalicə məqsədilə İtaliyaya göndərilib.

Dabo məşq zamanı ayaq əzələsindən yüngül zədə alıbsa, Mustivar Haiti millisinin təlim-məşq toplanışından zədəli qayıdıb.