Dadaşov "Eştoril"ə kömək edə bilmədi
Azərbaycan millisinin üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril" Portuqaliya "Sequnda"sında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Mafra" kollektivi olub.
Qarşılaşma "Mafra"nın qələbəsi ilə yekunlaşıb - 4:1.
R.Dadaşov 90 dəqiqə meydanda olub və 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
“Eştoril” 5 turdan sonra 9 xalla 18 kollektiv arasında 5-c pillədə qərarlaşıb.