Dadaşov oynadı, komandası qələbə qazandı
Azərbaycan millisinin üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril" Portuqaliya "Sequnda"sında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Braqa"nın "B" kollektivi olub.
Görüş "Eştoril"in qələbəsi ilə yekunlaşıb - 2:1.
R.Dadaşov oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 83-cü dəqiqədə meydana daxil olub.
Bu nəticə ilə xallarını 33-ə çatdıran "Eştoril" 3-cü pillədə qərarlaşıb.
Standings provided by Sofascore LiveScore