Dadaşov oynadı, komandası uduzdu

Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu "Proyssen" kollektivi Almaniya III Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Lotte" komandası olub.

Qarşılaşma "Lotte"nin qələbəsi ilə yekunlaşıb - 1:0.

R.Dadaşov meydana start heyətində daxil olub və 64-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 23 oyunda 33 xal toplayan “Proyssen” 8-ci pillədə qərarlaşıb.