Dadaşov üçün 90 dəqiqə

Milli komandamızın hücumçusu Renat Dadaşov Portuqaliya yüksək liqasında ikinci oyununa çıxıb.

Sportline.az xəbər verir ki, onun komandası “Pasuş de Ferreyra” “Maritimo”nu qəbul edib və 0:1 hesabı ilə uduzub. İlk matçında olduğu kimi, əsas heyətdə yer alan gənc futbolçumuz bu dəfə bütün 90 dəqiqəni meydanda olub.

Qeyd edək ki, 4 turdan sonra “Pasuş de Ferreyra” 1 xalla turnir cədvəlində sonuncu – 18-ci yerdədir.