Dadaşovsuz "Eştoril" 3 xal qazandı

Azərbaycan millisinin üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril" Portuqaliya II Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Akademik" kollektivi olub.

Matç "Eştoril"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

R.Dadaşovun adı oyunun iştirak ərizəsinə salınmayıb. 

Bu nəticə ilə "Eştoril" 3-cü pilləyə yüksəlib.