Dadaşovsuz "Eştoril" qələbəni əldən verdi

Azərbaycan millisinin üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril" Portuqaliya II Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Mafra" kollektivi olub. 

"Eştoril" komandası qələbəni 90+4-cü dəqiqədə əldən verib - 1:1.

R.Dadaşovun adı matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, "Eştoril" hazırda 37 xalla 4-cü pillədə qərarlaşıb.