Dadaşovun komandası "Sportinq"lə bacara bilmədi

Portuqaliya Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Pasuş de Ferreyra” "Sportinq"i qəbul edib və 1:2 hesbı ilə uduzub.

Renat qarşılaşmanın 81-ci dəqiqəsində meydana daxil olub.

“Pasuş de Ferreyra” 5 xalla 18 komanda arasında 17-ci yerdə qərarlaşıb.