Dadaşovun qolu da komandasına kömək olmadı

Almaniyanın üçüncü bundesliqasında 8-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, milli komandamızın hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" doğma meydanda "Viktoriya" ilə qarşılaşıb və 2:3 hesabı ilə uduzub.

Rüfət start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. O, 79-cu dəqiqədə komandasının 1-ci  qolunun müəllifi olub. Bu, millimizin üzvünün 2019/2020 mövsümündə ikinci qolu olub.

"Proyssen" - "Viktoriya - 2:3
Qollar
: Vunderlix, 8 (0:1), 18 (0:2), Bunyaku, 72 (0:3), Rüfət Dadaşov, 79 (1:3) Morşel, 87 (2:3)

Qeyd edək ki,  "Proyssen" hazırda 8 xalla 16-cı pillədə qərarlaşıb.