Daha bir futbolçu "Sumqayıt"dan getdi

Elvin Məmmədov və Cavid Tağıyevdən sonra Əli Babayev də "Sumqayıt"dan ayrılıb.

Sportline.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi özü şəxsi sosial şəbəkə hesabında məlumat verib. Klub rəhbərliyi, komanda yoldaşları və azarkeşlərə təşəkkür edən 28 yaşlı oyunçu ölkə kubokunu qazana bilmədikləri üçün təəssüfünü dilə gətirib. İsrail əsili futbolçu sonda isə Avro-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə Bakıda keçiriləcək oyunlarda millimizə uğurlar arzulayıb.

Qeyd edək ki, Babayev "Sumqayıt"a ötən yay İsrilin "Hapoel Raanana" klubundan keçmişdi. O, "gənclik şəhəri" təmsilçisi ilə 2 illik müqavilə bağlamışdı.