Daha bir futbolçu "Yuventus"u tərk edir

Kvadvo Asamoa "Yuventus"la vidalaşır.

Sportline.az xəbər verir ki, qanalı yarımmüdafiəçi turinlilərlə müqaviləni yeniləməyəcəyini bəyan edib: "Təsəvvür etməzsiniz ki, bu necə ağır bir qərardır. "Yuventus" yeni müqavilə təklif etsə də, özümü başqa yerdə sınamaq istəyirəm. Baxmayaraq ki, "qoca senyora"ya qarşı meydana çıxmaq çox çətin olacaq".

Qeyd edək ki, Asamoa son mövsümdə Turin təmsilçisinin heyətində 19 oyun keçirib.