Daha bir futbolçu "Zirə"dən ayrıldı
"Zirə" ilə yolları ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib.
Sportline.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi kapitan Anar Nəzirov ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, "Zirə"dən ayrılan təcrübəli qolkiperin "Qəbələ"yə keçəcəyi gözlənilir.
Xatırladaq ki, buna qədər "Zirə"ni Adil Nağıyev və Vüsal İsgəndərli tərk edib.