Daha bir ispaniyalı futbolçu "Qarabağ"da

"Qarabağ" əvəzedici komandası üçün heyətinə yeni futbolçu cəlb edib.

Sportline.az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu yayda transfer etdiyi Xayme Romeronun qardaşı Daniel Romeronu da heyətinə qatıb. 1996-cı il təvəllüd hücumçu əvəzedici komandada oynayacaq.

Daniel 1-ci divizionun 3-cü turunda "Zirə-2" ilə matçda (7:1) ehtiyat oyunçular skamyasında yer alıb və oynamaq şansı əldə etməyib.