Daha bir klub baş məşqçisiz qaldı

Almaniyanın “Ştutqart” klubu baş məşqçi Tim Valterlə vidalaşıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

44 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Valter, 2019-cu ilin iyulundan “Ştutqart”ı çalışdırırdı.

Qeyd edək ki, “Ştutqart” hazırda Almaniya 2-ci Bundesliqasında 31 xalla 3-cüdür.