Daha bir klub I Diviziondan imtina etdi
Daha bir klub futbol üzrə Azərbaycanın IDivizionunda iştirakdan imtina edib.
SportLine.az Yenicag.az saytına istinadən xəbər verir ki, söhbət Bakının “Binə” klubundan gedir.
Bu barədə klub prezidenti Teymur Həsənli açıqlama verib.
Klub olaraq divizionda iştirakdan imtina etdiklərini söyləyən Həsənli bildirib ki, aşağı liqa ətrafında baş verənlər nə şəxsinə, nə də kluba yaraşan nəsnələrdir. Klub prezidenti onu da əlavə edib ki, “Binə” başqa liqalar üzrə yarışa bilər.
Həsənli onu da əlavə edib ki, bundan sonra daha çox aşağı yaş qruplarının inkişafına diqqət ayrılacaq.