Daha bir klubun Mahir sevdası

“Qarabağ”ın hücumçusu Mahir Mədətova xaricdən daha bir təklif gəlib.

Sportline.az xəbər verir ki, Türkiyə superliqa təmsilçisi “Gənclərbirliyi” 21 yaşlı futbolçunu transfer etmək üçün Ağdam klubuna rəsmi müraciət edib. Ankara təmsilçisi Mahiri hələlik 1 illik icarə qaydasında heyətinə cəlb etmək istəyir.

Bundan başqa, İspaniya Sequndasında çıxış edən “Estremadura” klubunun da Mahiri heyətində görmək fikri ciddidir. Bununla əlaqədar “Qarabağ”a rəsmi təklif irəli sürülüb.

“Qarabağ”ın Mahirin transferi ilə bağlı yaxın vaxtlarda qərar verəcəyi gözlənilir. Onun elə bu yay xarici klublardan birinə keçidi ehtimalı yüksəkdir.