Daha bir komanda Mundialla vidalaşdı
Daha bir milli komanda DÇ-2018-lə vidalaşıb. SportLine.az xəbər verir ki, "C" qrupunda mübarizə aparan Peru 2-ci turda Fransaya uduzmaqla "pley-off" şanslarını itirib.
İlk turda Danimarkaya 0:1 hesabı ilə məğlub olan Cənubi Amerika təmsilçisi, bu dəfə də eyni hesabla məyus olub.
Xatırladaq ki, buna qədər Misir, Səudiyyə Ərəbistanı və Mərakeş seçmələrinin 1/8 finala yüksəlməyəcəyi dəqiqləşib. Əvəzində, Rusiya, Uruqvay və Fransa milliləri növbəti mərhələyə vəsiqəni təmin edib.