Daha bir legioner milli komandaya çağırıldı

Karyerasını ölkə xaricində davam etdirən daha bir futbolçumuz milliyə dəvə alıb.

Sportline.az xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç, Qazaxıstan "Tobol"unun qapıçısı Emil Balayevi də toplanışa çağırıb.

O, martın 21-də keçiriləcək Xorvatiya - Azərbaycan və 25-də təşkil olunacaq Azərbaycan - Litva görüşlərində meydana çıxmaq imkanı qazanacaq.

Qeyd edək ki, Yurçeviç, Emil Balayevdən əvvəl "Proyysen"dən Rüfət Dadaşova, "Krılya Sovetov"dan Ramil Şeydayevə, "Erzgebirge"dən isə Dmitri Nazarova dəvət göndərib.