Daha bir super klubdan İbrahimoviçə dəvət

ABŞ-ın “Los-Anceles Qelaksi” klubu ilə yolları ayırmağa hazırlaşan Zlatan İbrahimoviç, karyerasının Böyük Britaniyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, “The Telegraph”ın yaydığı xəbərdə, “Tottenhem”in yeni baş məşqçisi Joze Mourinyonun, Zlatanın xidmətində maraqlı olduğu bildirilir.  

Klub portuqaliyalı mütəxəssisin istəklərini, İbrahimoviçin transferi üçün pul ödəməyəcəyi halda nəzərə almağa razıdır. Çünki, Zlatanla “Milan” klubu da maraqlanır.