Daha bir ulduz Bakıya gəlməyəcək

Xorvatiya millisi daha bir futbolçusunun xidmətindən məhrum olub.

Sportline.az xəbər verir ki, "Çelsi"nin ulduzu Mateo Kovaçiçin də Azərbaycan və Slovakiyaya qarşı oynamayacağı dəqiqləşib. Buna səbəb onun zədəli olmasıdı. 25 yaşlı yarımmüdafiəçinin yerinə yerli "Hayduk"dan Miyo Çaktaş milliyə cəlb olunub. 

Qeyd edək ki, daha öncə İvan Rakitiçin Azərbaycan millisi ilə görüşdə iştirak etməyəcəyi dəqiqləşib. Xorvatiya seçməsi sentyabrın 6-da Slovakiya, sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq.