Daha bir ulduz futbolçu karyerasını bitirdi

İtaliya seçməsininvə “Yuventus”un sabiq futbolçusu Klaudio Markizio karyerasını başa vurub.

Sportline.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Yuventus"un ev oyunlarını keçirdiyi "Alyans Stadium"da mətbuat konfransı təşkil edib. O, karyerasını başa vurduğunu bəyan edib.

Markizio "Yuventus"un yetirməsidir və 2005-ci ildə Turin klubunun əsas komandasına qalxmışdı. İtaliyalı futbolçu 2018-ci ildə "Zenit"ə keçmişdi. O, dizindən ağır zədə aldığı üçün yayda klubdan ayrıldı. Markizio İtaliya millisində 55 oyuna 5 qol vurub.