"Daha fərqli hesabla qalib gələ bilərdik" - Sənan Qurbanov
"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının XII turunda "Keşlə"ni səfərdə 2:1 hesabıyla məğlub edtuikləri matmdan sonra mətbuat konfransı keçirib. SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, gənc mütəxəsssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.
- Oyuna çox ciddi hazırlaşmışdıq. Fasilədə çalışdıq ki, çatışmazlıqları aradan qaldıraq. Rəqibi ciddi təhlil etmişdik. Məni tək sevindirən budur ki, futbolçular verdiyimiz bütün tapşırıqları yerinə yetirdilər. Onları, azarkeşlərimizi təbrik edirik. Qələbə üçün alışıb-yanırdıq. Bunun pis fəsadını görməkdən qorxurduq.
- Əks-hücumlarda çoxsaylı qol imkanlarını boşa verməyimiz nə ilə bağlıdır?
- Bunu tələskənliklə əlaqələndirərdim. Daha fərqli hesabla qalib gələr bilərdik.
- Final fitindən sonra çox əsəbi idniz. Bu, hakimin 5 dəqiqə əlavə etməyinə görə idi?
- Oyun gərgin getdiyindən, çox əsəbi oldum. Axırıncı saniyələrdə künc zərbəsindən sonra qol buraxsaydıq, buna çox üzülərdik.
- Ceyms Adeniyi növbəti turda cəza üzündən oynamayacaq. Onu kimlə əvəzləyəksiniz?
- Ceyms son vaxtlar yaxı formada olan futbolçudur. Ancaq onu əvəzləyəcək futbolçularımız var. Məşqlərdə baxıb qərarımızı verəcəyik.