Daha iki futbolçu U-21 millimizdə
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının martın 15-dən 19-a qədər Bakıda keçiriləcək təlim-məşq toplanışında daha iki futbolçu dəvət alıb.
SportLine.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Rəşad Sadıqov Elvin Cəfərquliyev ("Keşlə") və Samir Qurbanovu ("Qəbələ") da toplanışa dəvət edib.
Martın 19-dan etibarən hər iki futbolçu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının düşərgəsinə yollanacaq.