Dakar rallisi yekunlaşdı
Asiyada ilk dəfə təşkil olunan Dakar rallisinin sonuncu - 12-ci mərhələsində iştirakçılar Harad və Qiddiya bölgələri arasında 167 km məsafə qət ediblər.
Sportline.az xəbər verir ki, avtomobillərlə yarışda ən yaxşı nəticəni qətərli Nasir Əl Əttiya göstərib. O, 1 saat 17 dəqiqə 30 saniyəyə mərhələnin qalibi olub. Səudiyyə Ərəbistanından olan Yasir Seydan 2-ci yeri tutub. İlk üçlüyü argetninalı Orlando Terranova tamamlayıb.
Mövsümün qalibi ispaniyalı sürücü Karlos Sayns olub. 57 yaşlı pilot bununla da, 3-cü dəfə fəxri mükafata yiyələnib. Formula-1 üzrə ikiqat dünya çempionu Fernando Alonso yarışı 13-cü pillədə başa vurub. Mütəxəssislərin rəyinə görə Dakar rallisində birinci dəfə iştirak edən bir sürücünün yekunda ilk 15-liyə daxil olması yüksək göstəricidir.
Motosikletlərlə yarışda amerikalı Riki Brabets mövsümün qalibi olub. Çilili Pablo Kintanilla yarışı 2-ci pillədə bitirib. İlk üçlüyü avstraliyalı Tobi Prays tamamlayıb.