"Dalğa" arenada anşlaq gözlənilir
Çempionlar Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Partizani" oyununa bilet satışı davam edir.
Sportline.az xəbər verir ki, satışa çıxarılmış 6500 biletin 5 minə yaxını artıq satılıb. Oyun saatına biletlərin qalan hissəsinin də satılacağı ehtimal olunur.
Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" matçı saat 21:00-da başlanacaq.