"Dandolk" Bakıya yola düşüb

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"la görüşəcək "Duadolk" bu gün Bakıya gəlir.

Sportline.az klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, İrlandiya çempionu səhər saatlarında Bakıya yola düşüb.

Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dandolk" görüşü saat 21:00-da başlanacaq.