"Dandolk" - "Qarabağ" görüşünün hakim təyinatı açıqlandı

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Dandolk" - "Qarabağ"  görşü üçün hakim təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, İrlandiyada "Oriel Park"da keçiriləcək oyunun baş hakimi Polşa Futbol Federasiyasından Bartos Frankovski olacaq. Ona  Marçin Boniek və Yakub Uinkler köməklik edəcək. Dördüncü hakim funksiyasını Daniel Stefanski yerinə yetirəcək.

Qeyd edək ki, "Dandolk" - "Qarabağ" qarşılaşması iyulun 24-ü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək.