Dani Alveş debüt matçında fərqləndi

Braziliya A Seriyasında 15-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, "San-Paulu" evdə "Seara"nı 1:0 hesabı ilə məğlub edib. Rio-de-Janeyro təmsilçisinin yeganə qolunu debüt matçına çıxan yeni transfer Daniel Alveş vurub. 

A Seriyasında turnir cədvəlinə 32 xalla "Santos" başçılıq edir. 27 xalı olan "San-Paulu" 5-ci yerdə qərarlaşıb.