Dani Alveş Mundialdan kənarda qaldı

Braziliya millisi DÇ-2018 ərəfəsində itki ilə üzləşib. SportLine.az xəbər verir ki, Dani Alveş zədə səbəbilə Mundialı buraxacaq.

Braziliya Futbol Federasiyasının yaydığı məlumata görə, müdafiəçi PSJ-nin heyətində Fransa Kubokunun finalında "Le-Erbye" ilə oyunda zədələnib. Müayinədən sonra futbolçunun dizindən xəsarət aldığı və bir müddət yaşıl meydanlardan kənar qalacağı bəlli olub.

Xatırladaq ki, DÇ-2018 iyunun 14-də start götürəcək.