Dani Kintana daha iki il "Qarabağ"da
"Qarabağ" daha bir futbolçu ilə müqavilə müddətini uzadıb. SportLine.az klubun "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Dani Kintana ilə daha iki il müddətinə razılığa gəlib.
Qeyd edək ki, ispaniyalı yarımmüdafiəçi 2015-ci ildən "köhlən atlar"ın şərəfini qoruyur.