Dani Kintana "Qarabağ"ın tarixinə düşdü

Ölkə çempionu “Qarabağ” komandası avrokuboklarda 100-cü qolunu vurub.

Sportline.az xəbər verir ki, yubiley qolu ölkə çempionunun Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə cavab matçında vurulub.

 "Qarabağ"ın 2:0 hesablı qələbə qazandığı oyunda fərqlənən Dani Kintana 100-cü qolun müəllifi olub.

Qeyd edək ki, "Qarabağ" II mərhələdə İrlandiya təmsilçisi "Dundalk"la üz-üzə gələcək.