Dani və Miçel komandadan ayrı düşdü

"Qarabağ" Topaz Premyer Liqasının IV turunda qarşılaşacağı "Sumqayıt"la oyunun hazırlıqlarını davam etdirir. 

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda bu gün baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında növbəti məşqinə çıxıb. 

Milli komandalarda olan əksər futbolçular məşqdə iştirak etməyib. Zədəli futbolçular Dani Kintana və Miçel fərdi məşqlərini davam etdirib.