Daniel Ceyms "Mançester Yunayted"də

İngiltərənin "Mançester Yunayted" klubu "Suonsi" komandasının futbolçusu Daniel Ceymsi heyətinə qatıb. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu ilə 4+1 illik müqavilə imzalanıb. 

Ceyms 2018-ci ilin sonlarından etibarən Uelsin əsas millisində çıxış edir. 

Qeyd edək ki, Uels yığması Azərbaycanın AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən biridir. Komanda növbəti matçını sentyabrın 6-da səfərdə Uelsə qarşı keçirəcək.