Danimarka futbolunda böhran: Milli komanda dağılır
Danimarka futbolu ciddi problemlə üz-üzədir. SportLine.az "Sky Sport"a istinadən xəbər verir ki, millinin üzvləri ilə federasiya arasında yaranan problemlər komandanın dağılması ilə nəticələnib.
23 nəfərlik heyətin əsas futbolçuları komandanı tərk ediblər. Federasiya qısa müddətdə millini yenidən bərpa etməyə cəhd göstərir. Hazırda aşağı liqalarda çıxış edən komandaların heyətlərindən cəlb olunan futbolçularla yanaşı, heyətə 4 futzalçı da cəlb olunub.
Baş məşqçisi Oqe Hareyde də özünün seçmədiyi komandanı meydana çıxarmaq istəmir. Nəticədə federasiya bu vəzifəyə də müvəqqəti məşqçi gətirib. Slovakiya və Uelslə oyunlarda komandanın sükanı arxasında veteran futbolçu Con Yensen olacaq. Ona Hasse Kun köməklik edəcək.
Qeyd edək ki, Danimarka millisi Slovakiya ilə bu gün, Uelslə isə sentyabrın 9-da üz-üzə gələcək.