Danimarka futzalçıların çıxış etdiyi yeni komandası ilə ilk oyununu keçirdi
Böhranla üzləşən Danimarka millisi yeni heyəti ilə ilk oyununa çıxıb. SportLine.az xəbər verir ki, skandinavlar yoldaşlıq görüşü çərçivəsində Slovakiya ilə üz-üzə gəliblər. Görüş Slovakiya seçməsinin qələbəsi ilə yekunlaşıb - 3:0.
Danimarka millisinin heyətində futzalçılar, eləcə də, aşağı liqalarda çıxış edən komandaların heyətində yer alan futbolçular çıxış ediblər.
Xatırladaq ki, millinin üzvləri ilə federasiya arasında yaranan problemlər komandanın dağılması ilə nəticələnib. 23 nəfərlik heyətin əsas futbolçuları komandanı tərk ediblər.