Danimarka - İrlandiya görüşü üçün Cüneyt Çakır

Türkiyəli referi Cüneyt Çakır Avro-2020-nin seçmə mərhələsinin oyunlarına təyinat alıb.

Sportline.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, o, D qrupunda Danimarka - İrlandiya görüşünün baş hakimi olacaq. Ona Bahattin Duran və Tarık Ongün kömək edəcək. Dördüncü hakim funksiyasını Hüseyn Göçek yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma iyunun 7-də Bakı vaxtı ilə 23:45-də başlayacaq.