Danışılmış oyunlarla bağlı seminar

AFFA-nın Futbol akademiyasında 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli "Gənc futbolçu olaraq  danışılmış oyun  haqqında nələri bilməliyik” və "Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub, futbolçuların suallarını cavablandırıb.