"Danışıqlar bitəndən sonra bu barədə danışmaq olar" - Nikola Yurçeviç

"Hələ ki, heç nə deyə bilmərəm. Hələ danışıqlarımız bitməyib".

SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçi postuna namizəd olan Nikola Yurçeviç deyib. Xorvatiyalı mütəxəssis digər sualları da cavablandırıb...

- Azərbaycan yığmasında AVRO-2020-yə yüksələcək potensialı görürsünüz?
- Hələlik heç nə deyə bilmərəm. Bizim danışıqlar hələ ki, davam edir. Danışıqlar bitəndən sonra bu barədə danışmaq olar.

- Danışıqlar nə zaman bitəcək?
- Yəqin ki, bir neçə gün ərzində danışıqlar yekunlaşacaq.

- Bu gün meydanda Azərbaycan milli komandasının bir çox üzvü meydanda çıxış edirdi. Həmin oyunçularla hansı nəticəni əldə etmək olar?
- Bəzi oyunçuları bundan əvvəl də tanıyırdım və oyunlarını izləmişəm. Fikrimcə, oyunçuların bacarıqları və keyfiyyətləri yetərincədir.