Dario Benedetto "Marsel"də

Fransanın "Marsel" klubu hücumçu transferi reallaşdırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi "Boka Xuniors"un hücumçusu Dario Benedettonu transfer edib. Argentina millisinin üzvüylə 4 illik müqavilə imzalanıb. 29 yaşlı forvardın keçidi üçün 16 milyon avro təzminat ödənilib. Hücumçu yeni klubunda 9 nömrəli formada çıxış edəcək.

"Boka Xuniors" Darionu 2016-cı ildə Meksikanın "Amerika" klubundan 4,4 milyon avroya transfer etmişdi.