Dario Srna "Şaxtyor"da

İtaliyanın "Kalyari" klubundan ayrılan və futbolçu karyerasını başa vurmağa hazırlaşan Dario Srna "Şaxtyor"a qayıdır.

Soortline.az xəbər verir ki, 37 yaşlı müdafiəçi sabiq komandasında məşqçi işləyəcək. Xorvatiyalı veteran futbolçu yeni baş məşqçisi Luiş Kaştrunun köməkçilərindən biri olacaq.

Qeyd edək ki, 2003-2018-ci illərdə "Şaxtyor"da çıxış edən Srna Donetsk təmsilçisi ilə 10 dəfə Ukrayna çempionu olub, 8 dəfə ölkə kuboku və superkubokunu, 1 dəfə isə UEFA kubokunu qazanıb.