Dava düşdü, 9 futbolçu meydandan qovuldu
Braziliyanın Baiya ştatının futbol çempionatında keçirilən "Vitoriya" - "Baiya" matçı dava ilə yadda qalıb.
SportLine.az xəbər verir ki, fasilədən sonra "Baiya"nın bərabərlik qolu ilə ara qarışıb və futbolçular arasında kütləvi dava yaşanıb. Nəticədə, hakim "Baiya"nın 5, "Vitoriya"nın 4 futbolçusunu meydandan qovub.
Qaydalara görə, bir komandanın heyətində 7-dən az futbolçu qaldığına görə, oyun yarımçıq dayandırılıb.