David Hili: "Rəqib çox güclü komandadır"

“Linfild”in baş məşqçisi Devid Hili Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyunu ərəfəsində mətbuat konfransı keçirib.

Sportline.az xəbər verir ki, o, əvvəlcə matç haqda danışıb.

- Fikrimcə, ilk görüşdə hesab 3:1 olsaydı belə, rəqib favorit olacaqdı. Sabah ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Nələrin baş verəcəyini birlikdə görəcəyik.
 
- Bakı barədə təəssüratlarınız necədir?

- Bakı çox gözəl şəhərdir. Bu gün qaldığımız otelin yanında gəzmək imkanımız oldu. Bakı haqda ancaq müsbət təəssüratlar var.
 
- Bura gələn komandalar bir qayda olaraq müdafiə futbolu sərgiləyir. Siz də bu ənənəni davam etdirəcəksiniz?

- Rəqib çox güclü komandadır. Evdə müsbət statistikaları var, az uduzublar. Güclü rəqibə qarşı müdafiə olunmalı olacağıq. İnanıram ki, nəticədən və oyundan razı qalacağam.