David Luis "Arsenal"a keçdi
"Çelsi"nin futbolçusu David Luisin "Arsenal"a keçidi rəsmiləşib.
Sportline.az xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə müqavilə imzalanıb. Müqavilənin detalları barədə məlumat verilməyib. Onun yeni klubunda 23 nömrəli forma ilə çıxış edəcəyi bildirilib.
Qeyd edək ki, Britaniya mətbuatı bu transfer üçün "Arsenal"ın 8 milyon funt sterlinq təzminat ödədiyini yazıb.