David Neres daha 4 il "Ayaks"da

Hollandiyanın "Ayaks" klubunda yeni müqavilə qeydə alınıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Amsterdam təmsilçisi vingeri David Nereslə müqaviləni uzadıb. Braziliya millisinin üzvü ilə 2023-cü ilin yayına kimi yeni müqavilə imzalanıb.

"Ayaks" 22 yaşlı futbolçunu 2017-ci ildə "San-Paulu"dan 12 milyon avroya transfer etmişdi.