DÇ-2018: 1/4 finalda ilk cütlük müəyyənləşdi

DÇ-2018-də 1/4 final mərhələsinin ilk cütlüyü bəlli olub. SportLine.az xəbər verir ki, yarımfinala vəsiqə uğrunda Fransa və Uruqvay milliləri münasibətləri aydınlaşdıracaq.

Qarşılaşma iyulun 6-ı, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Oyun Nijni Novqorod şəhərində təşkil olunacaq.

Xatırladaq ki, 1/8 finalda Fransa Argentinanı (4:3), Uruqvay isə Portuqaliyanı (2:1) üstələyib.