Almaniya son saniyələrdə sevindi

DÇ-2018-də 2-ci tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, futbolsevərlər növbəti oyun günündə "F" və "G" qrupunda mübarizələrə şahidlik edəcəklər. 

Günün ən maraqlı matçı Almaniya və İsveç milliləri arasında olacaq. İlk turda Meksikaya uduzan "Bundestim" növbəti uğursuzluqla "pley-off" imkanlarını itirə bilər. Buna görə, Yoahim Lövün komandasının görüşə hücumlarla başlayacağı ehtimalı böyükdür. Skandinavları isə bu dueldə 1 xal da qane edəcək.

Soçidə təşkil olunacaq görüşün start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.

Qarşılaşmanı Polşadan Şimon Marçinyak idarə edəcək.

23 iyun 2018
DÇ-2018
"F" qrupu, 2-ci tur

Almaniya - İsveç - 2:1
QOLLAR:
Ola Toyvonen, 32 (0:1); Marko Roys, 48 (1:1); Toni Kroos, 90+5 (2:1)

Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkieviç (hamısı Polşa), Ryuji Sato (Yaponiya)
"Fişt Olimpiya Stadionu", Soçi

1. Meksika 2 6
2. Almaniya 2 3
3. İsveç 2 3
4. Cənubi Koreya 2 0