DÇ-2018: Avstraliya millisinin yekun heyəti
DÇ-2018-də çıxış edəcək Avstraliya millisinin yekun heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, baş məşqçi Bert van Marveyk Rusiyaya bu futbolçuları aparacaq:
Qapıçılar: Metyu Rayan ("Brayton", İngiltərə), Denni Vukoviç ("Genk", Belçika), Bred Cons ("Feyenoord", Hollandiya);
Müdafiəçilər: Aziz Behiç ("Bursaspor", Türkiyə), Miloş Degenek ("Yokohama", Yaponiya), Metyu Yurman ("Suvon", Cənubi Koreya), Ceyms Meredit ("Milluol", İngiltərə), Coş Risdon ("Uestern Sidney Uonderers"), Trent Seynsberi ("Qrasshopper", İsveçrə);
Yarımmüdafiəçilər: Mayl Yedinak ("Aston Villa", İngiltərə), Cekson İrvayn ("Hall Siti", İngiltərə), Robbi Kruz ("Boxum", Almaniya), Massimo Luonqo (KPR), Mark Milliqan ("Əl-Əhli", Səudiyyə Ərəbistanı), Aaron Muy ("Haddersfild", İngiltərə), Tom Rogic ("Seltik", Şotlandiya);
Hücumçular: Tim Keyhill ("Milluol"), Tomi Yuric ("Lütsern", İsveçrə), Metyu Leki ("Herta" Berlin, Almaniya), Endryu Nabbut ("Urava", Yaponiya), Dimitri Petratos ("Nyukasl Jets"); Daniel Arzani ("Melburn"), Ceymi Maklaren ("Haybernian", Şotlandiya)
Qeyd edək ki, "C" qrupunda qərarlaşan Avstraliya seçməsi Fransa, Danimarka və Peru ilə mübarizə aparacaq.