Meksikadan növbəti qələbə

DÇ-2018-də 2-ci tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, futbolsevərlər növbəti oyun günündə "F" və "G" qrupunda mübarizələrə şahidlik edəcəklər. 

"F" qrupunda keçiriləcək Cənubi Koreya - Meksika dueli gərgin mübarizə vəd edir. Amerikalılar qələbə qazanmaqla "pley-off"a bir qədər də yaxınlaşmaq, asiyalılar isə 1/8 final imkanlarını qorumaq üçün meydana çıxacaqlar.

Rostovda təşkil olunacaq görüşün start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək.

Qarşılaşmanı Serbiyadan Milorad Majiç idarə edəcək.

23 iyun 2018
DÇ-2018
"F" qrupu, 2-ci tur

Cənubi Koreya – Meksika - 1:2

QOLLAR: Karlos Vela, 26/p. (0:1); Çiçarito, 65 (0:2); Don Hyu Min, 90+3 (1:2)
Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Con Pitti (Panama)
"Rostov Arena", Rostov

1. Meksika 2 6
2. İsveç 1 3
3. Almaniya 1 0
4. Cənubi Koreya 2 0