DÇ-2018: Daha bir arena istifadəyə verilir

Dünya çempionatının oyunlarının keçiriləcəyi daha bir arena istifadəyə hazırdır.

Sportline.az sportbox.ru-ya istinadən xəbər verir ki, aprelin 15-də "Rostov Arena" da sınaqdan keçiriləcək. Həmin gün yerli "Rostov" Rusiya Premyer Liqasının 26-cı turu çərçivəsində SKA Xabarovsk komandasını qəbul edəcək. 

Qeyd edək ki sözügedən stadionun tamaşaçı tutumu 45 mindir.