DÇ-2018: Danimarka seçməsinin yekun heyəti

DÇ-2018-də iştirak edəcək Danimarka millisinin yekun heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, baş məşqçi Oqe Hareyde "23-lüy"ə bu futbolçuların adlarını daxil edib:

Qapıçılar: Frederik Ryonnov ("Brondbü"), Yonas Lessl ("Haddersfild Taun", İngiltərə), Kasper Şmeyxel ("Lester Siti", İngiltərə);

Müdafiəçilər: Andreas Kristensen ("Çelsi", İngiltərə), Henrik Dalsqor ("Brentford", İngiltərə), Yannik Vesterqor ("Borussiya" Mönhenqladbax, Almaniya), Yens Strüger Larsen ("Udineze", İtaliya), Yonas Knudsen ("İpsviç Taun", İngiltərə), Matias Yorgensen ("Haddersfild Taun", İngiltərə), Simon Kyor ("Sevilya", İspaniya);

Yarımmüdafiəçilər: Kristian Eriksen ("Tottenhem", İngiltərə), Lasse Şöne ("Ayaks", Hollandiya), Lukas Lerager ("Bordo", Fransa), Mikael Kron-Deli ("Deportivo", İspaniya), Tomas Dileyni ("Verder", Almaniya), Villyam Kvist ("Kopenhagen");

Hücumçular: Andreas Kornelius ("Atalanta", İtaliya), Kasper Dolberq ("Ayaks", Hollandiya), Martin Breytueyt ("Bordo", Fransa), Nikolay Yorgensen ("Feyenoord", Hollandiya), Pione Sisto ("Selta", İspaniya), Viktor Fişer ("Kopenhagen"), Yussuf Poulsen ("Leyptsiq", Almaniya).

Qeyd edək ki, Danimarka "C" qrupunda Peru, Avstraliya, Fransa ilə mübarizə aparacaq.